Bəhreynli müxaliflərin repressiya edilməsi onların siyasət səhnəsindən uzaqlaşdırılmasına xidmət edir
ABŞ-ın Bəhreyndəki sabiq səfiri etiraf edib ki, Ali-Xəlifə rejimi öz müxaliflərini siyasət səhnəsindən sıxışdırıb, çıxartmaq üçün onları repressiya edir.
"Mərratül Bəhreyn" informasiya portalı bazar ertəsi günü Ronald Neomana istinadla yazıb: Ali-Xəlifə rejimi öz müxaliflərini siyasət səhnəsindən kənarlaşdırmaq üçün onları terrorizmdə, milli təhlükəsizliyə qarşı təhdid və xarici ölkələrdən pul almaqda ittiham və repressiya edir.
Neuman "Yaxın Şərq Siyasətləri Şurası" adlı internet saytında bir məqalə dərc edərək, bildirib ki, Bəhreynə hakim kəsilmiş rejim siyasi və ictimai fəalları həbs etmək, vətəndaşlıqdan məhrum etmək və ya onların yaşadıqları məntəqəni mühasirədə saxlamaqla, onların fəaliyyətlərin məhdudlaşdırmağa çalışır.
Neuman daha sonra yazır: Ali-Xəlifə rejiminin hərbi seçimdən istifadə etməsi və həddən artıq güc tətbiq etməsi Bəhreynin üzləşdiyi siyasi böhranın həllinə kömək etməyəcək.
ABŞ-ın Bəhreyndəki sabiq səfiri Bəhreyn zindanlarında çoxlu sayda siyasi məhbusun olduğuna da işarə edib və deyib: Bir çox siyasi və ictimai fəal hazırda zindandadır.
Bəhreyn xalqı 2011-ci ildən bəri ölkədə siyasi islahatların aparılması və demokratik bir quruluşun formalaşması tələbi ilə etirazlara başlayıb. Ali-Xəlifə rejimi isə xalqın haqlı tələblərini güc tətbiq edərək, susdurmağa çalışır.