Yəmən ordusu Ərəbistanın AMACO neft şirkətini raket ilə vurdu
-
Yəmən ordusu Ərəbistanın AMACO neft şirkətini raket ilə vurdu
Yəmən ordusu Ərəbistanın AMACO neft şirkətinə raket zərbələri endirib.
PressTV-nin Yəmənin əl-Məsirə informasiya kanalına istinadla verdiyi məlumata görə, Yəmən ordusu və xalq qüvvələri çərşənbə axşamı Ali-Səud rejiminin cinayətlərinə cavab olaraq, Ərəbistanın bir sıra strateji nöqtəsinə o cümlədən AMACO neft şirkətinə ballistik raket zərbələri endirib.
Əl-Məyadin informasiya kanalı da bildirir ki, Yəmən ordusu və xalq qüvvələri Ərəbistanın Cizan vilayətində yerləşən Xubə şəhərinin bir hissəsinə nəzarəti ələ keçiriblər.
Yəmənin müdafiə nazirliyi bildirib ki, Ərəbistanın bir müdafiə kompleksi habelə, Şəbəkə, Kübra və Müstəhəddəs hərbi bazalarına edilən hücumda Ərəbistan ordusunun 7 hərbi maşını məhv edilib.
Yəmən ordusu və xalq qüvvələrinin istefada olan fərari prezident Əbdürrəbbə Mənsur Hadinin tərəfdarı olan qüvvələrin nəzarəti altındakı ərazilərin azad edilməsi üçün Cəuf və Məarib vilayətlərindəki əməliyyatları güclənib.
Bu arada Ərəbistan qırıcıları ötən gecə Yəmənin paytaxtı Sənaya havadan zərbələr endiriblər. Həmçinin, Sədə və Təiz vilayətləri də təcavüzkar Ərəbistan qırıcılarının hücumlarına məruz qalıb.
Bu toqquşmalar İsveçrə müzakirələrinin başa çatmasından cəmi bir gün sonra baş verib.