Dek 24, 2015 12:51 Asia/Baku
  • Ərəbistanda bir xəstəxanada yanğın baş verib
    Ərəbistanda bir xəstəxanada yanğın baş verib

Xarici mediaların Ərəbistan medialarına istinadla verdikləri məlumata görə, Səudiyyə Ərəbistanının cənubunda yerləşən Cizan vilayətində xəstəxanaların birində yanğın baş verib.

Məlumatda bildirilir ki, yanğında 25 nəfər həlak olub. Bundan əlavə, 100-dən çox insan yaxınlıqdakı tibbi məntəqələrə köçürülüb.

«Cizanda yanğın zamanı zərərçəkənlərin sayı 107-yə çıxıb, 25 nəfər həlak olub», - deyə Səudiyyə Ərəbistanın Vətəndaş Müdafiəsi Xidmətindən bildirilib.

Hələ ki, hadisənin səbəbləri bilinmir. İlkin məlumatlara görə, yanğın aşağı mərtəbədə başlayıb, bina sürətlə qatı tüstüyə bürünüb.

Hadisə yerinə gələn yanğınsöndürənlər yanğını nəzarətə ala biliblər.

Teqlər