Sionist hərbçilər daha bir fələstinlini şəhid ediblər
Sionist hərbçilər işğal olunmuş Qüds şəhərində daha bir fələstinli gənci şəhid ediblər.
Səhər Beynəlxalq Televiziyasının Fələstin İnformasiya Mərkəzinə istinadlı məlumatına görə, şənbə günü İsrail hərbçilərinə soyuq silahla hücum etməyə cəhd bəhanəsi ilə sionistlər Qüdsün qədim hissəsində Əl-Xəlil darvazası yaxınlığında fələstinli gənci hədəfə alıb və şəhid ediblər.
Bu fələstinli gənc sionist hərbçilərin açdığı atəş nəticəsində yaralandıqdan sonra onların mane olması və qanaxma səbəbi ilə həyatını itirib.
Bu fələstinli gəncin şəhid olması ilə ötən oktyabr ayının əvvəlindən başlanan Qüds İntifazəsi şəhidlərinin sayı 138 nəfərə çatıb. Qüds İntifazəsi qarşıdurmalarında 15 mindən çox fələstinli də yaralanıb və yaxud zəhərli qazlar nəticəsində xəsarət alıb.
Başqa bir məlumata görə, Fələstinin Daxili İşlər Nazirliyinin sözçüsü İyad Bəzm Qəzzə zolağının cənubunda Rəfəh keçidində misirli hərbçilərinin psixi xəstəlikdən əziyyət çəkən fələstinli gənc İshaq Həssanı şəhid etməsini pisləyib və bildirib ki, bu hərəkət humanist qanunlar və qaydalara ziddir.
Fələstin Daxili İşlər Nazirliyinin sözçüsü həmçinin misirli ədliyyə qurumlarından fələstinli gəncin şəhid olmasına səbəb olan misirli hərbçilər barədə araşdırma aparmasını və məsuliyyət daşıyan zabitlər və hərbçilərin mühakimə olunmasını istəyib.
Misir təhlükəsizlik qüvvələri Rəfəh şəhərinin qərbində Mİsirin su sərhədlərindən bir neçə metr aralıda psixi xəstəlikdən əziyyət çəkən fələstinli gəncə doğru atəş açıb və onu şəhid ediblər.