Dek 26, 2015 17:41 Asia/Baku
  • Bəhreyndə siyasi böhranın davamı ilə bağlı nigaranlıqlar artır
    Bəhreyndə siyasi böhranın davamı ilə bağlı nigaranlıqlar artır

Bəhreynin milli əl-Vifaq cəmiyyəti ölkədə siyasi böhranın davam etməsi barədə xəbərdarlıq edib.

Mirratül Bəhreyn informasiya portalının verdiyi məlumata görə, əl-Vifaq cəmiyyətinin katibliyi bir bəyanat yayaraq, Bəhreyndə siyasi böhranın 2016-cı ilin astanasında da davam etməsini, milli birliyin əldə edilməməsinin nişanəsi adlandırıb .

Bu cəmiyyət öz bəyanatında həmçinin Bəhreynin hazırkı durumu ilə bağlı xəbərdarlıq edib və bildirib ki, mövcud böhranın həll edilməsi üçün hərtərəfli milli dialoqa ehtiyac var. Bu məlumata görə, hazırkı siyasi böhran sadəcə rəhbərliyin xalq tərəfindən seçilməsi yolu ilə həll ediləsidir.

Bəhreynin əl-Vifaq cəmiyyəti həmçinin bildirib ki, ölkədəki böhran üçün ciddi siyasi həll yolunun olmaması ölkə vətəndaşlarının vəziyyətini daha da çətinləşdirir.

Bu bəyanata görə, Ali-Xəlifə rejiminin sivil etiraz aksiyalarının keçirilməsi ilə müxalifət etməsinə baxmayaraq, bu ölkə xalqı öz istək və tələblərini izləməkdə qətiyyətlidir.

Bəhreyn 14 fevral 2011-ci ildən Ali-Xəlifə rejiminə qarşı etiraz aksiyalarının şahididir. Xalq, ölkədə siyasi azadlıqlar, demokratiya, ictimai ədalət və bərabərliyin təmin edilməsini istəyir. Amma, Ali-Xəlifə rejimi xalqın haqlı tələblərini güc tətbiq edərək, susdurmağa çalışır.

Teqlər