Dek 26, 2015 19:36 Asia/Baku
  • İraq ordusu Rəmadi şəhərində İŞİD-in son sığınacağına girdi
    İraq ordusu Rəmadi şəhərində İŞİD-in son sığınacağına girdi

İraq ordusu Əl-Ənbar vilayətinin mərkəzi olan Rəmadi şəhərində İŞİD terrorçularının nəzarəti altında qalan son məntəqəyə daxil olub.

Bərasa informasiya agentliyinin verdiyi məlumata görə İraq silahlı qüvvələrinin Baş Əməliyyat Qərargahının sözçüsü Yəhya Rəsulun dediyinə görə, İŞİD İraq ordusunun irəliləyişləri qarşısında tab gətirə bilməyib və ordu qüvvələri nəhayət Rəmadi şəhərində terrorçuların nəzarəti altında olan son məntəqəyə də daxil ola biliblər. Beləliklə Rəmadi İŞİD-in işğalından tam azad edilmiş olacaq.

İŞİD əl-Ənbar vilayətinin mərkəzi olan Rəmadi şəhərini 2015-ci ilin mayında işğal etmişdi.

Rəsul bu barədə deyib: Əl-Huz məntəqəsi Rəmadi şəhərində İŞİD-in əlində qalan yeganə və sonuncu məntəqədir və ordu qüvvələri Hava Qoşunlarının dəstəyi ilə bu məntəqənin terrorçulardan təmizlənməsi əməliyyatını davam etdirirlər.

İraq silahlı qüvvələrinin Baş Əməliyyat Qərargahının sözçüsü həmçinin deyib: Rəmadi şəhərinin mərkəzi hissəsinin sakinləri şəhərin mərkəzi xəstəxanasına sığınıblar . Çünki, ordunun xəstəxananı vurmayacağını yaxşı bilirlər.

İraq ordusu Rəmadi şəhərinin azad edilməsinin ardınca Neynəva vilayətinin mərkəzi olan Mosul şəhərinin İŞİD terrorçularından azad edilməsi əməliyyatına başlamaq niyyətindədir. Mosul şəhəri, İraqın 2-ci ən iri şəhəri sayılır.

Teqlər