Əlibadi Ərəb Liqasının Türkiyənin təcavüzünü pisləməsini alqışlayıb
Dek 27, 2015 20:17 Asia/Baku
İraqın baş naziri Ərəb Liqasının Türkiyənin İraqa qarşı hərbi təcavüzünü pisləyən qətnaməsini ölkəsi üçün diplomatik uğur adlandırıb.
İraqın baş naziri Heydər Əlibadi iraqlı gənclərin toplantısında həmçinin deyib: Bəziləri İraqda çəkişmələrin artmasına çalışırlar və böhran yaratmaqla İraqın dövləti və xalqından qeyri-real tələblər edirlər.
İraqın baş naziri vurğulayıb ki, İraqın dövləti və xalqı ölkəyə dincliyin qayıtması və təhlükəsizlik durumunun yaxşılaşması üçün daim səy göstərəcəklər.