Dek 28, 2015 16:40 Asia/Baku
  • Ər-Rəmadi azad olundu
    Ər-Rəmadi azad olundu

İraqın Müştərək Əməliyyat komandanlığı bir neçə dəqiqə öncə bildirib ki, Ər-Rəmadi şəhəri terrorçuların işğalından azad olunub.

Səhər Beynəlxalq Televiziyasının Süməriyyə Nyuz xəbər portalına istinadla verdiyi məlumata görə, bu şəhər tam azad olunduqdan sonra İraq bayrağı dövlət binalarının üzərinə sancılıb.

Bağdadaın 110 km qərbində yerləşən əl-Anbar vilayətinin mərkəzi olan Ər-Rəmadi şəhəri bu ilin mart ayında İŞİD tərəfindən şübhəli şəkildə işğal olunmuşdu.

İŞİD terrorçuları Ər-Rəmadiyə hücum günündə əl-Anbardan Ər-Rəmadiyə qədər səhrada Suriya sərhədindən 500 kilometrə yaxın ərazini qət edib. Halbuki İŞİD əleyhinə ABŞ-ın başçılıq etdiyi koalisiya təyyarələri İraq səmasında uçuşlar keçirirlərmiş.

İki ay öncədən başlanan Ər-Rəmadinin azad olunması əməliyyatı bir neçə mərhələdə əl-Anbar vilayətinin mərkəzinin ətrafında irimiqyaslı əməliyyatların azad olunması ilə nəticələnmiş və İraq ordusu qüvvələri ötən həftə bu şəhərə daxil olmuşdular.

Teqlər