Dek 29, 2015 09:01 Asia/Baku
  • Türkiyənin cənub-şərqində partlayış baş verib
    Türkiyənin cənub-şərqində partlayış baş verib

Türkiyənin cənub-şərqində baş verən partlayış bu ölkə əsgərlərinin həlak olması ilə nəticələnib.

Səhər Beynəlxalq Televiziyasının Zaman qəzetinə istinadlı məlumatına görə, bazar günü Türkiyənin Şırnak vilayətinin Cizrə şəhərində bomba partlayışı nəticəsində 3 türk hərbçisi həlak olub.

Bu məlumata görə, partlayışda 2 hərbçi də yaralanıb.

Hadisə Türkiyə ordusunun bir hərbi avtomobilinə bombanın quraşdırılması nəticəsində olub.

Ötən həftələrdə Şırnak vilayətinin Cizrə və Silopi və Diyarbəkir vilayətinin Sur şəhərlərində qarşıdurmalar şiddətli şəkildə davam edir və bu bölgələrin sakinlərinin əksəriyyəti davamlı qarşıdurmalara görə digər şəhərlərə köçürlər.

Teqlər