Ərəbistanın Yəmənə hücumları davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i202224-Ərəbistanın_yəmənə_hücumları_davam_edir
Ərəbistan qırıcıları Yəmənin müxtəlif məntəqələrini hava hücumlarına məruz qoyublar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 31, 2015 08:22 Asia/Baku
  • Ərəbistanın Yəmənə hücumları davam edir
    Ərəbistanın Yəmənə hücumları davam edir

Ərəbistan qırıcıları Yəmənin müxtəlif məntəqələrini hava hücumlarına məruz qoyublar.

Əlməsirə informasiya kanalının məlumatına görə, Ərəbistan qırıcıları Yəmənin paytaxtı Sənadakı beynəlxalq hava limanı və bu ölkənin şimalındakı Səədə vilayətində yerləşən Əldiylməi hava bazasını bombalayıblar.

Yəmən ordusunun raket qərargahı da Ərəbistanın hücumlarının davam etməsinə cavabda Ərəbistanın cənubundakı Əsir məntəqəsində yerləşən Əbha hava limanını raket hədəfinə alıbdır.

Həmçinin naməlum şəxslər çərşənbə günü gecə Yəmənin Ədən şəhərində bu ölkənin istefa vermiş fərari prezidenti Əbd Rəbbə Mənsur Hadinin tabeliyində olan qüvvələrin baş komandanlarından olan Əhməd Əlidrisini aparan maşına tərəf atəş açaraq, onu öldürüblər.

Yəmənin kütləvi informasiya vasitələrinin məlumatlarına görə, Yəmənin ordusu və xalq qüvvələrinin bu ölkənin Təiz vilayətindəki Ələmri məntəqəsinə qarşı raket hücumunda təcavüzkarlar koalisiyasının tabeliyində olan muzdurların bir qrupu və 19 sudanlı əsgər öldürülübdür.

İndiyədək Yəmənin əksər infrastruktur və xidmət təsisatları, xəstəxanaları, məktəbləri və hətta bu ölkə əhalisinin mənzilləri təcavüzkarlar koalisiyası qırıcılarının hücumları hədəfinə çevriliblər ki, nəticədə minlərlə yəmənli, o sıradan yüzlərlə qadın və uşaq həlak olubdur.