Bəhreyndə həbs və edamlar artıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i202276-bəhreyndə_həbs_və_edamlar_artıb
Bəhreyndə bir şiə edama, 22 nəfər də ömürlük həbs cəzasına məhkum olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 31, 2015 15:54 Asia/Baku
  • Bəhreyndə həbs və edamlar artıb
    Bəhreyndə həbs və edamlar artıb

Bəhreyndə bir şiə edama, 22 nəfər də ömürlük həbs cəzasına məhkum olub.

IRIB-nin məlumatına görə, bəhreynli vəkil Casim Sərxan deyib ki, bu ölkədəki bir məhkəmə bir şiə vətəndaşı edama, digər 22 nəfəri isə ömürlük həbs cəzasına məhkum edibdir.

Ali-Xəlifə rejimi iddia edir ki, bu 22 nəfərin 2014-cü ildə bir polis məmurunun öldürülməsi macərasında əli olub.

Əleyhlərinə hökm çıxarılmış 7 nəfər həbsdədir.

Bəhreyn ali cinayət məhkəməsi bu 23 nəfəri terror hərəkətlərində ittiham edibdir.

Bəhreyn məhkəmə aparatı elə bir halda bu ölkə vətəndaşlarını ağır hökmlərlə üzləşdiribdir ki, həmin ölkədə onlarla siyasi etirazçı və fəalın qətli amilləri məhkəmələrdə bəraət qazanıblar.