Anti-Yəmən koalisiyasının Sənaya hava hücumu
https://azeri.sahartv.ir/news/qərbi_asia-i202304-anti_yəmən_koalisiyasının_sənaya_hava_hücumu
Ərəbistanın başçılıq etdiyi anti-Yəmən koalisiyasının qırıcı-bombardmançı təyyarələri Yəmənin paytaxtı Sənanı bombalayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 01, 2016 05:02 Asia/Baku
  • Anti-Yəmən koalisiyasının Sənaya hava hücumu
    Anti-Yəmən koalisiyasının Sənaya hava hücumu

Ərəbistanın başçılıq etdiyi anti-Yəmən koalisiyasının qırıcı-bombardmançı təyyarələri Yəmənin paytaxtı Sənanı bombalayıblar.

Yəmənin Əlməsirə telekanalının məlumatına görə, cümə axşamı günü axşamçağı Anti-Yəmən koalisiyasının qırıcı-bombardmançı təyyarələrinin Yəmənin paytaxtı Sənanın cənubundakı yaşayış massivlərinə qarşı hücumunda məntəqə sakinləri tələfat və xəsarətlərə məruz qalıblar.

Bu mənbə həmçinin bildirib ki, yəmənli qüvvələrin Əlqəbitə məntəqəsində Ərəbistan təcavüzkarları və muzdurlarının toplaşdıqları məkana qarşı raket hücumunda düşmən qüvvələrindən bir qrupu ölüb və yaralanıbdır.

Belə bir halda, Yəmən İnqilabı Baş Komitəsinin sədri Muhəmməd Əli Əlhusi cümə axşamı günü deyib ki, bütün yəmənlilər ciddilik və səylə qələbəyə çatmaq və işğalçıları ölkədən çıxarmaq üzrə mübarizəni davam etdirəcək və ölkələrinin hakimiyyətini qorunması üçün, eləcə də milli məsələlər və ölkə hadisələri qarşısında münasib mövqe tutacaqlar.