İraqın Ərrəmadi şəhərində baş verən partlayışda 16 nəfər həlak olub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i202368-İraqın_Ərrəmadi_şəhərində_baş_verən_partlayışda_16_nəfər_həlak_olub
İraqın Ələnbar vilayətinin mərkəzi olan Ərrəmadi şəhərində baş verən partlayışda azı 16 nəfər həlak olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 01, 2016 13:31 Asia/Baku
  • İraqın Ərrəmadi şəhərində baş verən partlayışda 16 nəfər həlak olub
    İraqın Ərrəmadi şəhərində baş verən partlayışda 16 nəfər həlak olub

İraqın Ələnbar vilayətinin mərkəzi olan Ərrəmadi şəhərində baş verən partlayışda azı 16 nəfər həlak olub.

Fars xəbər agentliyinin məlumatına görə, iraqlı rəsmilərin bildirdiklərinə görə, bomba partlayışı cümə günü Ərrəmadi şəhərinin Əlcəmiyyə məhəlləsində baş verib.

Ərrəmadi şəhərinin azad edilməsinə rəğmən, bu şəhər tam şəkildə təmizlənməyib və İŞİD terrorçuları şəhərin bütün nöqtələrində hələ zərərsizləşdirilməmiş bombalar yerləşdiriblər.

İraqlı qüvvələr 2015-ci il dekabrın 28-də Ərrəmadi şəhərinin idarə şəhərciyinə daxil olub, bu ölkə bayrağını onun binaları üzərində dalğalandırmaqla bu şəhəri azad etdilər, lakin İraqın ordu və xalq qüvvələrinin şəhərin İŞİD qalıqlarından təmizlənməsi və qoyulmuş bombaların zərərsizləşdirilməsi üzrə əməliyyatları davam edir.