Suriya ordusunun Hələb ətrafındakı əməliyyatı davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i202380-suriya_ordusunun_hələb_ətrafındakı_əməliyyatı_davam_edir
Suriya ordusu bu ölkənin şimalında yerləşən Hələb vilayətinin ətrafındakı Əlnəcarə kəndini terrorçuların işğalından çıxarıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 01, 2016 14:14 Asia/Baku
  • Suriya ordusunun Hələb ətrafındakı əməliyyatı davam edir
    Suriya ordusunun Hələb ətrafındakı əməliyyatı davam edir

Suriya ordusu bu ölkənin şimalında yerləşən Hələb vilayətinin ətrafındakı Əlnəcarə kəndini terrorçuların işğalından çıxarıb.

Əlnəcarə kəndi Hələb-Əlriqqə beynəlxalq şosesində yerləşir.

SANA xəbər agentliyinin məlumatına görə, Suriya ordusu cümə axşamı günü də terrorçu və təkfirçi qruplarla döyüşlərinin davamında və xalq müqavimət komitələrinin köməyilə Suriyanın cənub-şərqində yerləşən Qunəytrə şəhərinin ətrafındakı Əlsəmdaniyyə kəndini terrorçuların işğalından çıxarıbdır.

Suriya ordusunun Əlsəmdaniyyə kəndinə yiyələnməsinin önəmi Əlhəmidiyyə kəndinə çıxa bilməsidir, zira bu kənd hazırda silahlı qrupların işğalındadır.