Kabilin qərbində partlayış
https://azeri.sahartv.ir/news/qərbi_asia-i202392-kabilin_qərbində_partlayış
Şahidlər Əfqanıstanın paytaxtı Kabilin dördüncü məntəqəsində yerləşən bir restoranda partlayışın baş verməsindən xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 01, 2016 15:27 Asia/Baku
  • Kabilin qərbində partlayış
    Kabilin qərbində partlayış

Şahidlər Əfqanıstanın paytaxtı Kabilin dördüncü məntəqəsində yerləşən bir restoranda partlayışın baş verməsindən xəbər veriblər.

Təsnim xəbər agentliyinin məlumatına görə, ilkin məlumatlara əsasən, bu partlayış cümə günü axşam çoxlu sayda Qərb vətəndaşının iştirak etdiyi Kabilin dördüncü məntəqəsində yerləşən "Doqquzuncu Taymeni" küçəsindəki restoranda baş verib.

Şahidlərin sözlərinə görə, bu terror hücumunda atışma səsi də eşidilib.

İndiyədək bu partlayışın tələfatı haqda bir məlumat yayılmayıb.

Qeyd edək ki, partlayış xarici səfirliklərin yerləşdikləri küçədə baş verib.

Əfqan mənbələr bildiriblər ki, bununla bağlı bir şübhəli həbs edilibdir ki, deyilənlərə görə, əfqan təhlükəsizlik qüvvələrinin geyimində olubdur.