Yan 01, 2016 19:14 Asia/Baku
  • İraqın Mosul şəhərini azad etmək üzrə əzmkarlığı vurğulanıb
    İraqın Mosul şəhərini azad etmək üzrə əzmkarlığı vurğulanıb

İraqın baş naziri bu ölkə qüvvələrinin İraqın şimalındakı Niynəva vilayətinin mərkəzi olan Mosul şəhərini azad etmək üzrə əzmkarlığından xəbər verib.

Əlməsələ xəbər portalının məlumatına görə, İraqın baş naziri Heydər Əlibadi 2016-cı milad ili münasibətilə etdiyi çıxışda yeni milad ilinin İŞİD terror qrupu üzərində yekun qələbə və birlik ili olacağına ümidvar olduğunu bildirib.

İŞİD terror qrupu 2014-cü il iyun ayının onundan Mosulu işğal edibdir.

İraqın baş naziri həmçinin Ərrəmadi şəhərinin azad edilməsinə işarə edərək, bildirib ki, hazırda İraqın cüzi bir ərazisi terrorçuların işğalı altındadır.

Heydər Əlibadi öz çıxışında İraq xalqının bu ölkənin problemləri qarşıslndakı birliyi və müqavimətini də yüksək qiymətləndiribdir.

Teqlər