Ərəbistanın neft anbarları yəmənlilərin raket hücumları altında
https://azeri.sahartv.ir/news/qərbi_asia-i202588-Ərəbistanın_neft_anbarları_yəmənlilərin_raket_hücumları_altında
Ərəbistanın neft anbarları Yəmən ordusunun raketlərinin hədəfinə çevrilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 02, 2016 14:34 Asia/Baku
  • Ərəbistanın neft anbarları yəmənlilərin raket hücumları altında
    Ərəbistanın neft anbarları yəmənlilərin raket hücumları altında

Ərəbistanın neft anbarları Yəmən ordusunun raketlərinin hədəfinə çevrilib.

Səhər Beynəlxalq Televiziyasının əl-Məsirə xəbər telekanalına istinadla verdiyi məlumata görə, Yəmən ordusu və xalq qüvvələri Əsir məntəqəsinin Əbha şəhərində Ərəbistanın strateji neft anbarlarını raketlə atəşə tutublar.

Bundan öncə də, Yəmən ordusu və xalq qüvvələri Məlik Xalid hava bazası, Feysəl hərbi bazası və Əbha beynəlxalq hava limanını raketlə atəşə tutmuşdular.

Yəmən ordusunun strateji neft anbarlarına raket hücumu Ərəbistan və onun cənub bölgələrindəki iqtisadiyyatı üçün böyük təhdiddir.