Sədr tərəfdarları Kərbəla şəhərində aksiya keçiriblər
-
Sədr tərəfdarları Kərbəla şəhərində aksiya keçiriblər
İraqın Sədr qrupunun yüzlərlə tərəfdarı Ərəbistanın mübariz ruhanisinin edam edilməsinə etiraz olaraq Müqəddəs Kərbəla şəhərində aksiya keçiriblər.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, bazar ertəsi günü keçirilən aksiyada Ərəbistanın tanınmış ruhanisi Şeyx Nimr Baqir əl-Nimrin edamına etiraz edənlər bu ölkə ilə əlaqələrin kəsilməsini istəyiblər.
Etirazçılar şüralar səsləndirərək Ali-Səudu sionist rejimin göstərişlərinin icraçısı adlandırıb və İraqda ərəbistanlı məhbuslardan ədalətli qisasın alınmasını istəyiblər.
Kərbəla Valilik Şurasında Əl-Əhrar Fraksiyasının rəhbəri Hüseyn əl-Əbudi də İraqın Səudiyyə Ərəbistanı ilə əlaqələrinin kəsməsi və bu ölkənin İraq ərazisindəki bütün səfirlik və konsulluqlarının bağlanmasını istəyib.
Əl-Əbudi terrorizmi himayə edən ölkələr, əsasən də Ərəbistan, Qətər və Türkiyə məhsullarının boykot edilməsini vacib adlandırıb.