Yan 05, 2016 19:50 Asia/Baku
  • İraqın müqavimət qrupları Ərəbistan səfirinin ölkədən çıxarılmasını tələb etdilər
    İraqın müqavimət qrupları Ərəbistan səfirinin ölkədən çıxarılmasını tələb etdilər

İraqın İslam Müqavimət qrupları Ərəbistanın nüfuzlu ruhanisinin edam olunmasına etiraz əlaməti olaraq bu ölkə səfirinin İraqdan çıxarılmasını istəyiblər.

Səhər Beynəlxalq Televiziyasının Süməriyyə Nyuza istinadla verdiyi məlumata görə, İraqın İslam Müqavimət qrupları müştərək bəyanatda bu ölkə hökumətindən Ərəbistanın şiə ruhanisi Şeyx Nimr Baqir əl-Nimrin edam olunmasına etiraz olaraq bu ölkə səfirinin Bağdaddan çıxarılmasını və İraq səfirinin Ər-Riyaddan geri çağırılmasını istəyiblər.

İraqın İslam Müqavimət qrupları bu bəyanatda həmçinin vətəndaşları bu həftənin çərşənbə günü Şeyx Nimr Baqir əl-Nimrin edam olunmasına etiraz olaraq irimiqyaslı aksiyaya dəvət ediblər.

İraqın İslam Müqavimət qruplarının bəyanatında bildirilir: İslam Müqaviməti İraqın milli mənafeyini qorumaqla Şeyx Nimri edam edən Ərəbistanın cinayətinə münasib zamanda uyğun cavabı verəcəkdir.

İraqın İslam Müqavimət qrupları həmçinin Ərəbistan məhsullarının boykot edilməsinin vacibliyini vurğulayaraq bildiriblər: Rəsmi Bağdad İraq vətəndaşlarının qətlində olan Ərəbistan terrorçularının edam qərarını tez bir zamanda icra etməlidir.

Ərəbistanın ən əsas siyasi məhbuslarından olan Şeyx Nimr Baqir əl-Nimr Ali-Səud rejimini tənqid etmək bəhanəsi ilə edam olunub.

İslam dünyasının müxtəlif siyasi, partiya və şəxsiyyətləri Ərəbistan vətəndaşlarının oğurlanmış qanuni hüququnu tələb etdiyinə görə Şeyx Nimr Baqir əl-Nimri şəhid edən Ali-Səudun cinayətini pisləyib və səudiyyə rejiminin bu alçaq hərəkətinə etirazlar davam etməkdədir.

Teqlər