Yan 06, 2016 09:43 Asia/Baku
  • BMT TŞ atəşkəsin yenidən bərqərarı və Yəmən sülh müzakirələrinin bərpasını istəyib
    BMT TŞ atəşkəsin yenidən bərqərarı və Yəmən sülh müzakirələrinin bərpasını istəyib

BMT-nin Təhlükəsizlik Şurası çərşənbə axşamı günü atəşkəsin yenidən bərqərarı və Yəmən sülh müzakirələrində iştirakı istəyib.

IRNA-nın məlumatına görə, Uruqvayın daimi nümayəndəsi və BMT-nin Təhlükəsizlik Şurasının dövri sədri Emiliyo Rusli Yəməndə toqquşan tərəflərdən heç bir ön şərt olmadan atəşkəsi bir daha bərqərar və sülh müzakirələrində iştirak etmələrni istəyib.

O, 2015-ci il 15-20 dekabr arasında keçirilmiş danışıqların müsbət nəticələrindən razılıq edərək, Yəməndə toqquşan tərəflərdən bu danışıqlardan əldə olunmuş razılaşma çərçivəsində öz öhdəliklərinə hörmətlə yanaşmalarını və heç bir ön şərt olmadan cari ayın ortalarında keçirilməli olan müzakirələrin növbəti etapında iştirak etmələrini istəyib.

BMT-nin Təhlükəsizlik Şurasının dövri sədri Yəmən xalqının böhranlı durumundan son dərəcə nigaranlıq edərək, döyüşlən tərəflərdən hər cür kobud hərəkətdən çəkinərək, milyonlarla yəmənli arasında humanitar yardımların paylanması üçün lazımi şərait yaratmalarını istəyib.

Teqlər