Səudiyyə təcavüzkarlarının Yəməndəki hücumları davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i203139-səudiyyə_təcavüzkarlarının_yəməndəki_hücumları_davam_edir
Səudiyyə rejimi qırıcıları Yəmənin müdafiəsiz xalqına qarşı cinayətlərini davam etdirirlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 06, 2016 07:20 Asia/Baku
  • Səudiyyə təcavüzkarlarının Yəməndəki hücumları davam edir
    Səudiyyə təcavüzkarlarının Yəməndəki hücumları davam edir

Səudiyyə rejimi qırıcıları Yəmənin müdafiəsiz xalqına qarşı cinayətlərini davam etdirirlər.

Əlməyadin telekanalının məlumatına görə, səudiyyə rejimi qırıcıları Yəmənin Həccə vilayətindəki Vəşhə məntəqəsini bir neçə dəfə bombalayıblar; nəticədə altı yəmənli ölüb, üç nəfər də ağır yaralanıbdır.

Səudiyyə təcavüzkarlarının qırıcı-bombardmançı təyyarələri çərşənbə günü həmçinin bir neçə dəfə Səna şəhərinin müxtəlif məntəqələrni bombalayıblar.

Belə bir halda, bildirilib ki, Yəmənin xalq qüvvələri və bu ölkə ordusu artilleriyasının Marəb məntəqəsində səudiyyə muzdurlarının bazasına qarşı hücumlarında bir qrup səudiyyə muzduru öldürülübdür.

Yəmənin ordu və xalq qüvvələri həmçinin səudiyyə ordusunun bir neçə avtomobilini Ərəbistanın Cizan şəhərinin Əltəval məntəqəsində məhv edib və ərəbistanlı muzdurların Əltəval-Hirz sərhəd keçidinə tərəf irəliləmələrinə mane olublar.

Ərəbistan və doqquz digər ərəb ölkəsi ABŞ-ın dəstəyi ilə 2015-ci ilin aprelindən Yəmənə qarşı hava və dəniz hücumlarına başlayıblar və indiyədək bu ölkə xalqının evləri, həmçinin məktəb, xəstəxana, infrastruktur və xidmət təsisatlarını bombalayaraq, məhv ediblər.