Yan 06, 2016 17:51 Asia/Baku
  • 35 bəhreynli fəal həbs olunub
    35 bəhreynli fəal həbs olunub

Bəhreynin təhlükəsizlik başçıları 35 bəhreynli siyasi fəalı həbs ediblər.

Əlləulu telekanalının məluamtına görə, Bəhreynin təhlükəsizlik başçıları ərəbistanlı mübariz ruhani Şeyx Nimr Baqir Əl-Nimrin edamına qarşı etirazların başlanmasından bəri bu ölkə vətəndaşlarından 35 nəfərdən çoxunu həbs ediblər.

Bəhreynin təhlükəsizlik qüvvələri Şeyx Nimrin edamına etiraz olaraq Manamnın ətrafındakı Kərbabad məntəqəsində keçirilən xalq aksiyasını yatırdıqdan sonra 22 nəfəri həbs ediblər.

Ali-Xəlifə rejiminin qüvvələri bəhreynli fəal və mübariz Səid Əlsəmahicinin mənzilinə basqın edəndən sonra onu sosial şəbəkədə mətləblər yaymaq ittihamı ilə həbs ediblər.

Digər bir bəhreynli fəal Şeyx Əli Əlcəd Həfəsi də Şeyx Nimrin edamını pisləyən aksiyada iştirak ittihamı ilə həbs, sonra isə azad edilib.

Digər tərəfdən, bununla bağlı, on bəhreynli də müxtəlif məntəqələrdə, o sıradan bu ölkənin paytaxtı Manamada həbs olunub.

Bəhreynin Daxili İşlər Nazirliyi təhdid edib ki, Şeyx Nimrin edamına etiraz və ya bu cinayətlə bağlı təhlil təqdim edəcək şəxsləri cəzalandıracaqdır.

Teqlər