Bağdad PKK-ya yardımla bağlı ittihamları rədd etdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i203226-bağdad_pkk_ya_yardımla_bağlı_ittihamları_rədd_etdi
İraq rəsmiləri Bağdadın Türkiyə hökuməti əleyhinə PKK yaraqlılarını himayə etməsi ilə bağlı xəbərləri rədd ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 07, 2016 06:51 Asia/Baku
  • Bağdad PKK-ya yardımla bağlı ittihamları rədd etdi
    Bağdad PKK-ya yardımla bağlı ittihamları rədd etdi

İraq rəsmiləri Bağdadın Türkiyə hökuməti əleyhinə PKK yaraqlılarını himayə etməsi ilə bağlı xəbərləri rədd ediblər.

Bəzi medialar İraq dövlətinin Süleymaniyədə PKK yaraqlılarına silah və maliyyə yardımı etməsi barədə xəbərlər yayıblar.

İRNA-nın məlumatına görə, İraq Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü çərşənbə günü bu xəbərlərə reaksiya olaraq deyib: İraq dövləti PKK və ya hər hansı bir digər qanunsuz qruplaşma ilə heç bir əlaqəyə və əməkdaşlığa malik deyil.

O, İraq dövlətinin PKK ilə hərbi və maliyyə əməkdaşlıqlarına malik olması barədə gəzən xəbərlər haqda deyib: Bağdad PKK qruplaşmasını rəsmən tanımadığı üçün onunla əməkdaşlıq edə bilməz.

Bəyati vurğulayıb: PKK-nın İraqdakı iştirakı qeyri qanunidir və bu məsələ İraqın hakimiyyət hüququnun pozulması mənasındadır.