Yan 07, 2016 10:30 Asia/Baku
  • Şeyx Nimrin edam edilməsinə etiraz olaraq Qətifdə aksiya keçirilib
    Şeyx Nimrin edam edilməsinə etiraz olaraq Qətifdə aksiya keçirilib

Yüzlərlə ərəbistanlı tanınmış şiə ruhani Şeyx Nimr Baqir əl-Nimrin edam edilməsinə etiraz olaraq, Qətifdə aksiya aksiya təşkil edib.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Ərəbistanın şərq sakinləri Şeyx Nimrin edam edilməsinə etirazların davamında çərşənbə günü Qətifin müxtəlif məntəqələrində küçələrə axışaraq, aksiyalar təşkil ediblər.

Bu məlumata görə, narazı kütlə Ali-Səud əleyhinə şüarlar verərək, Şeyx Nimrin edam edilməsini qınayıb və Ərəbistanın məhkəmə hakimiyyətinin ədalətsiz olduğunu vurğulayıblar.

Bu artıq neçənci dəfədir ki, Ərəbistanın şərq sakinləri Şeyx Nimrin edam edilməsinə etiraz edirlər.

Ərəbistanın Daxili İşlər Nazirliyi şənbə günü Şeyx Nimr və daha 46 nəfər barəsində çıxarılan edam hökmünün icra edildiyini elan etdi.

Teqlər