Yan 07, 2016 10:49 Asia/Baku
  • İraqın təhlükəsizlik qüvvələri Rəmadi şəhər xəstəxanasını azad etdi
    İraqın təhlükəsizlik qüvvələri Rəmadi şəhər xəstəxanasını azad etdi

İraq ordusu Rəmadi şəhərinin terrorçulardan təmizlənməsi əməliyyatının davamında Rəmadi şəhər Xəstəxanasını İŞİD-in işğalından azad edib. Bu əməliyyatda 7 terrorçu öldürülüb.

Süməriyə Nyus xəbər agentliyinin verdiyi məlumata görə, İraqın Xüsusi Əməliyyat Qüvvələrinin 3-cü diviziyasının komandanı Sami Kazım Arizi deyib: Terrorizm ilə mübarizə qüvvələri ilə Əl-Ənbar vilayət polisinin birgə əməliyyatı nəticəsində Rəmadi şəhər xəstəxanası terrorçuların işğalından azad edilib və hazırda müştərək qüvvələr Rəmadinin Böyük Məscidinə yaxınlaşıblar.

O daha sonra deyib: Bu əməliyyat zamanı üzərinidə partlayıcı jilet olan 7 terrorçu xəstəxananın daxilində pusqu quraraq, təhlükəsizlik qüvvələrini tələyə salmağa çalışıblar. Amma, onlar məhv ediliblər.

İraqın bir təhlükəsizlik rəsmisi də çərşənbə axşamı deyib: İŞİD terrorçuları İraq qüvvələrinin Rəmadi şəhər xəstəxanasına yaxınlaşması ilə, xəstəxananın bir hissəsini partladıblar.

İraq ordusu ötən günlər ərzində Rəmadi şəhərinin şimal hissəsində yerləşən kəndləri terrorçuların işğalından azad etməyi bacarıblar.

Teqlər