Yan 07, 2016 15:01 Asia/Baku
  • Yəməndə etiraz aksiyasına çağırış
    Yəməndə etiraz aksiyasına çağırış

Yəmənin Ali İnqilab Komitəsi Ərəbistanın hücumlarının davam etməsinə etiraz olaraq xalqı sabah keçiriləcək aksiyada iştiraka dəvət edib.

Yəmənin rəsmi xəbər agentliyinin verdiyi məlumata görə, Yəmənin Ali İnqilab Komitəsi bir bəyanat yayaraq, bu ölkə xalqından istəyib ki, sabah cüə günü keçiriləcək aksiyada geniş formada iştirak edərək, Ərəbistanın Yəmənə olan hücumlarının davam etməsinə etiraz etsinlər.

Yəmənin Ali İnqilab Komitəsi bildirib ki, sabahkı etiraz aksiyası " Səna və Yəmənin digər şəhərlərinin kasset bombaları ilə bombardman edilməsi, kütləvi soyqırımıdır" adı altında keçiriləcək.

Teqlər