Ərəbistanın Yəmənə hücumları davam edir
-
Ərəbistanın Yəmənə hücumları davam edir
Səudiyyə təcavüzkarlarının qırıcıları Yəmənin cənub-qərbindəki məntəqələri bombalayıblar.
"Əxbar Əlsaə" xəbər agentliyinin məlumatına görə, Səudiyyə təcavüzkarlarının qırıcıları Yəmənin cənub-qərbində yerləşən Təiz vilayətinin Əlməxa şəhərindəki içməli su zavodunu bombalayıblar ki, nəticədə bu zavodun bir neçə işçisi ölüb və ya yaralanıbdır.
Həmçinin Ərəbistan qırıcılarının Təiz vilayətinə qarşı çoxlu sayda hücumlarında yəmənlilərin mənzilləri və bu şəhərdəki infrastruktur təsisatlar məhv edilibdir.
Yəmən barədəki digər bir xəbərə əsasən, Səudiyyə təcavüzkarlarının qırıcıları şənbə günü bu ölkənin keçmiş prezidenti Əli Abdullah Salihin mənzilini və Sənada yerləşən prezident administrasiyasının cənubundakı Əlnəhdin düşərgəsini bombardman ediblər.
Səudiyyə qırıcıları həmçinin Yəmənin cənubunda yerləşən Əlbiyza vilayətindəki Əlməcd diviziyası və ölkənin şimalında yerləşən 113-cü diviziyanın qərargahlarını hədəfə alıblar.
Yəmən xalqı cümə günü aksiya keçirərək, Ərəbistanın yəmənlilərin mənzillərinə təcavüzlərini və bu zaman kasset bombalarından istifadə etməsini pisləyibdir. Onlar BMT-dən və insan haqları təşkilatlarından istəyiblər ki, Ali-Səudun Yəmənin infrastruktur təsisatlarını məhv etmək üzrə hərəkətlərini pisləsinlər.