Bağdadın şimalında partlayış
-
Bağdadın şimalında partlayış
Bağdadın şimalında iki bombanın partlaması nəticəsində bir neçə iraqlı öülb və ya yaralanıb.
Əl-İraq Əl-Yəum xəbər portalının məlumatına görə, İraqın Daxili İşlər Nazirliyi bildirib ki, Bağdadın şimalındakı Əltaci sənaye məhəlləsinin yaxınlığında iki və Əl-Yusifiyyə məntəqəsindəki bir ticarət mərkəzinin yaxınlığında digər bir bombanın partlaması nəticəsində 3 nəfər ölüb, 11 nəfər də yaralanıbdır.
Belə bir halda bildirilibdir ki, İraq ordusu qırıcılarının Ələnbar vilayətinin Ələskəranə məntəqəsində İŞİD terrorçularının mövqelərinə qarşı əməliyyatlarında onlarla terrorçu öldürülüb.
İraqın təhlükəsizlik qüvvələri də Ərrəmadi şəhərinin İŞİD tərəfindən qoyulmuş bombalardan zərərsizləşdirilməsi əməliyyatının davamında bu şəhərin yaşayış və dövlət məntəqələrində 35 bomba aşkarlayaraq, zərərsizləşdiriblər.