Ərəbistanın Yəmənə ən yeni hücumları
-
Ərəbistanın Yəmənə ən yeni hücumları
Ərəbistan qırıcıları Yəmənə olan ən yeni hücumlarında bu ölkənin müxtəlif məntəqələrini bombardman ediblər.
Yəmənin əl-Məsirə informasiya kanalının verdiyi məlumata görə, Ərəbistan qırıcıları Yəmənə qarşı hücumlarının davamında ölkənin şimalında yerləşən Sədə vilayətində, Baqim şəhərinin Mərə məntəqəsinə 3 dəfə raket zərbələri endiriblər.
Səudiyyə qırıcılarının Yəmənin Sədə vilayətində Cümhuriyyə hərbi bazasına olan ardıcıl iki hücum zamanı da 2 nəfər yaralanıb.
Həmçinin, Ərəbistan qırıcıları Razeh şəhərinin Benelqəm məntəqəsinə raket zərbələri endiriblər. Həmçinin, Minbəh şəhərinə olan raket hücumları da davam edir. Bu hücumlar indiyə kimi yaşayış məntəqələrinə külli miqdarda zərər və ziyanlar yetirib.
Ərəbistan qırıcıları Yəhis məntəqəsi, Nəhdeyn dağlıq məntəqəsi, Nəhim qəsəbəsi və Dəhban təpəliklərini də bombardman edib.