Xarici müdaxilələr qəbulediləsi deyildir
-
Xarici müdaxilələr qəbulediləsi deyildir
İraq parlamentinin sədri deyib: Bağdad ölkələrlə paralel əlaqələri istəyir, lakin daxili məsələlərdə müdaxiləni heç vaxt qəbul etmir.
Səhər Beynəlxalq Televiziyasının əl-Həds telekanalına istinadla verdiyi məlumata görə, Səlim əl-Cəburi Ərbildə əl-Anbar, Neynəva və Kərkük barədə keçirilən konfransda deyib: Neynəva əhalisi bu vilayətin azad olunması üzrə əməliyyatda iştirak etməyə hazırdır.
İraq parlamentinin sədri əlavə edib: İraqda daxili çəkişmələr terrorçuların xeyrinə olub. Biz daxili məsələlərdə heç vaxt müdaxiləni qəbul etməyəcəyik və digər ölkələrin daxili məsələlərində də müdaxilə etməyəcəyik. İŞİD məğlub olduqdan sonra bütün qeyri-hökumət təşkilatları tərksilah olmalıdır. Biz bütün ölkələrlə paralel əlaqələrin qurulmasını istəyirik.
O xatırladıb: Mən siyasi fraksiyaları barışıq komitəsinin təşkili barədə öz təkliflərini verməyə çağırıram. Miqrantların vəziyyətini nəzərə alaraq biz çoxlu çətinliklərlə üzləşəcəyik. Miqrantlar üçün xüsusi yaşayış massivləri inşa olunmalıdır.