Beyrutun ətrafında Bürcül-Bəracinə partlayışının amili həbs olunub
-
Beyrutun ətrafında Bürcül-Bəracinə partlayışının amili həbs olunub
Livan təhlükəsizlik qüvvələri Beyrutun ətrafında Bürcül-Bəracinə terror partlayışlarının əsas amilini həbs ediblər.
Səhər Beynəlxalq Televiziyasının əl-Məyadinə istinadla verdiyi məlumata görə, Livan təhlükəsizlik qüvvələri 2015-ci il noyabr ayında baş verən Bürcül-Bəracinə partlayışlarının amilini bazar günü həbs ediblər.
Livanın bir təhlükəsizlik rəsmisi bildirib: Təhlükəsizlik qüvvələri Əbu Təlhə ləqəbli Xalid Zeynəddin Seyfəddini həbs ediblər.
Livan təhlükəsizlik qüvvələri iki ay öncədən bu şəxsi nəzarət altında saxlayıb və Tripolinin əl-Qəbə məntəqəsində keçirilən əməliyyat nəticəsində həbs ediblər.
Bu terrorçu ilkin dindirmədə Suriyanın Riqqə vilayətində İŞİD komandanlarından biri ilə əlaqədə olduğunu və təhlükəsizlik qüvvələrinin Livanın şimalında əl-Zəniyə məntəqəsində məhv etdiyi Asnun qruplaşması ilə əməkdaşlıq etdiyini etiraf edib.
Qeyd edək ki, 2015-ci il noyabrın 12-də Beyrutun cənubunda Bürcül-Bəracinə məntəqəsində iki terror aktı baş verdi. Nəticədə 40-dan çox şəxs həlak oldu, təxminən 240 nəfər də yaralandı.