Səudiyyə qüvvələri Ərəbistanın şiə bölgələrinə hücum ediblər
-
Səudiyyə qüvvələri Ərəbistanın şiə bölgələrinə hücum ediblər
Səudiyyə Ərəbistanı rejimi bu ölkə şiələrinə qarşı repressiv hərəkətlərini davam etdirir.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Ali-Səud rejimi ölkənin şiə bölgələrində çoxlu sayda hərbçi və hərbi təchizat yerləşdirib.
Səudiyyə rejiminin repressiv hərəkətləri ardınca, bu rejim Qətif vilayətinin əl-Əvamiyyə məntəqəsi küçələrində çoxlu sayda hərbçi və hərbi təchizat yerləşdirib. Belə ki, bu ölkə şiələrinin Şəhid Nimrin edam edilməsinin pislənilməsi üzrə aksiyaların keçirilməsinə mane olsun.
Səudiyyə rejimi təhlükəsizlik qüvvələri bundan əlavə, son günlər şiələrin mənzillərinə hücum edərək, bir çox Ərəbistan şiə vətəndaşını həbs ediblər.
Bütün bu hərəkətlərə baxmayaraq, Ərəbistan şiələri ölkənin müxtlif bölgələrində aksiyalar keçirərək Şeyx Nimrin edam edilməsini pisləyir və bu nüfuzlu ruhaninin cənazəsinin təhvil verilməsini tələb edirlər.