Türkiyədə bir qrup mühacir həlak olub
Türkiyənin şimal-qərbində 42 mühacir həlak olub.
Uorld Bulleten xəbər portalının məlumatına görə, Türkiyənin şimal-qərbində yerləşən Balıkesir və Çanakkale vilayətlərində mühacirləri daşıyan iki avtobus qəzaya uğrayıb. Nəticədə 42 nəfər həlak olub.
Türkiyə polisi həlak olanlardan 14 nəfərinin suriyalı mühacir olduğuna toxunaraq, bildirib ki, Əfqanıstan və Myanmadan olan mühacirlər də qəzaya uğrayanlar arasındadırlar.
Türkiyə polisi əlavə edib: Mühacirlər Türkiyə vasitəsilə Yunanıstanın Lesbus adasına çatmaq istəyirmişlər ki, onların avtobusları qəzaya uğrayıbdır.
Belə bir halda, Avropa Komissiyasının sədr müavini Frans Timermans bazar ertəsi günü Ankarada bildirib ki, Türkiyənin mühacirlər axınını Avropaya tərəf yönəltməsi qənaətbəxş deyildir.
Avropa Birliyi və Türkiyə 2015-ci ilin noyabrında mühacirlər dalğasına nəzarət üzrə bir razılaşma imzalayıblar.
Bu sənədə əsasən, Türkiyə hökuməti öhdəlik götürüb ki, üç milyard avro qarşılığında öz sərhədlərinə daha artıq nəzarət və insan alverçiləri ilə mübarizədə Avropa Birliyi ilə həmkarlıq etsin.