Yan 13, 2016 11:51 Asia/Baku
  • Bəhreynin İraqda terrorçular ilə əlaqələndiricisi öldürülüb
    Bəhreynin İraqda terrorçular ilə əlaqələndiricisi öldürülüb

İraq mənbələri Bəhreynin xüsusi xidmət orqanının İŞİD terrorçuları ilə əlaqələndiricisinin Rəmadi şəhərində öldürülməsindən xəbər veriblər.

Mehr informasiya agentliyinin verdiyi məlumata görə, İŞİD terror qruplaşması öz Tvitter səhifəsində 29 yaşlı Bəhreyn vətəndaşı, Əbu Hacir Mənai ləqəbiilə tanınan Xalid Məhəmməd Əbd Əli Mənai-nin Rəmadi şəhərində öldürülməsini təsdiq edib .

Xalid Məhəmməd Əbd Əli Mənai bir avtomobil ilə Rəmadi şəhərini tərk etmək istəyərkən, İraq ordusunun qırıcı təyyarələri tərəfindən İŞİD-in mövqeləri əleyhinə həyata keçirilən hava hücumları zamanı həlak olub.

Digər tərəfdən ordu qüvvələri könüllü xalq qüvvələrinin dəstəyi ilə əl-Ənbar vilayətində Bərvanə və Şai məntəqələrini İŞİD terrorçularının işğalından azad ediblər.

Teqlər