Ərəbistanın Yəmənə hücumları davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i203952-Ərəbistanın_yəmənə_hücumları_davam_edir
Ərəbistanın başçılıq etdiyi anti-Yəmən koalisiyası Yəmənin müxtəlif məntəqələrinə olan hava hücumlarını davam etdirir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 13, 2016 09:50 Asia/Baku
  • Ərəbistanın Yəmənə hücumları davam edir
    Ərəbistanın Yəmənə hücumları davam edir

Ərəbistanın başçılıq etdiyi anti-Yəmən koalisiyası Yəmənin müxtəlif məntəqələrinə olan hava hücumlarını davam etdirir.

Əl-Aləm kanalının verdiyi məlumata görə, Ərəbistan qırıcıları Yəmənin paytaxtı Səna şəhərində Carf məntəqəsinə hücum ediblər. Bu hücumda qadın və uşaqlar da daxil olmaqla 25 nəfər həyatını itirib.

Ərəbistan qırıcıları həmçinin, Yəmənin Ləhəc əyalətində Nəcd və Kəriş qəsəbələrini bombardman ediblər. Dəmar əyalətində isə Sərvan qəsəbəsi hava bombardmanına məruz qalıb.

Ərəbistan qırıcıları həmçinin, Yəmənin qərbində, Hədidə əyalətində yəmənli balıqçıların qayıqlarını hədəfə alıblar.

Ərəbistana bağlı muzdlu qüvvələr də Yəmənin mərkəzində yerləşən Marib əyalətində Əbidə qəbiləsnin başçılarından olan Şeyx Möhsün Əşqəsi terror ediblər.

Digər tərəfdən Yəmən ordusunun artilleriya qüvvələri Təiz əyalətində, Zəbab qəsəbəsində terrorçuların yığıncağına raket zərbələri endiriblər.

Yəmən ordusu və könüllü xalq qüvvələrinin artilleriya qüvvələri həmçinin Ərəbistanın Nəcran əyalətində Əbu Həmdan və Nəhuqə hərbi bazalarına raket zərbələri endiriblər.

Yəmən ordusunun snayperləri isə Cizan əyalətində Ərəbistan ordusunun 2 hərbçisini öldürüblər.