Ərəbistan Yəməndə kasset bombalardan istifadə etdiyini etiraf etdi
-
Ərəbistan Yəməndə kasset bombalardan istifadə etdiyini etiraf etdi
Səudiyyə Ərəbistanı Yəmənə hərbi təcavüz başlandıqdan sonra ilk dəfə olaraq bu ölkədə kasset bombalardan istifadə etdiyini etiraf edib.
Səhər Beynəlxalq Televiziyasının Press TV-yə istinadla verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı ordusunun sözçüsü Əhməd əl-Əsiri çərşənbə axşamı günü deyib: Ər-Riyad Yəmənin şimal-qərbində Həccə vilayətinə hava hücumunda kasset bombalardan istifadə edib.
Ərəbistan ordusunun sözçüsünü kasset bombalardan istifadənin olunmasına dair etirafı ilə yanaşı qeyd edək ki, bu qadağan olunmuş silahdan Yəməndə geniş səviyyədə istifadənin olunması barəsində materiallar ifşa olunmuşdur.
BMT baş katibi Ban Ki Mun 8 yanvarda Ərəbistanın Yəmənə hava hücumları barəsində nigaranlıq edərək xatırladıb ki, kasset bombalardan istifadə müharibə cinayəti hesab oluna bilər.
İnsan Haqları Gözətçisi Təşkilatı da Ərəbistanın Səna yaşayış massivlərinə qarşı kasset bombalardan istifadə etdiyini təsdiqləyib və onu müharibə cinayəti adlandırıb.