Bağdaddakı son terror aktını törədənlər həbs olunub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i204078-bağdaddakı_son_terror_aktını_törədənlər_həbs_olunub
İraq baş naziri Bağdaddakı son terror aktını törədənlərin həbs olunduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 14, 2016 06:58 Asia/Baku
  • Bağdaddakı son terror aktını törədənlər həbs olunub
    Bağdaddakı son terror aktını törədənlər həbs olunub

İraq baş naziri Bağdaddakı son terror aktını törədənlərin həbs olunduğunu bildirib.

Səhər Beynəlxalq Televiziyasının Fars Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, baş nazir Heydər əl-İbadi çərşənbə günü Bəsrə vilayəti məhkəmə hakimləri ilə iclasında bildirib ki, İraq təhlükəsizlik qüvvələri ötən bazar ertəsi günü Bağdad əl-Cədidə bölgəsində terror aktı törədənləri həbs etmişlər.

İraq baş naziri həmçinin ictimaiyyətdə ədalətin gerçəkləşməsi və humanist dəyərlərin qorunmasını vurğulayarq bildirib: Məhkəmə hakimlərinin bu istiqamətdə ağır məsuliyyəti vardır və öz bu məsuliyyəti ən yaxşı formada yerinə yetirməlidirlər.

Bazar ertəsi günü İraq paytaxtı Bağdadın şimal-şərqində iki partlayış törədildi. Nəticədə 20 nəfər həlak oldu, 50 nəfər də yaralandı.