Ərəbistan Yəmən sülh müzakirələrini əngəlləyir
-
Ərəbistan Yəmən sülh müzakirələrini əngəlləyir
Yəməndə Ənsarullah Hərəkatının Siyasi Bürosunun üzvü Yəmən sülh müzakirələrində Ərəbistanın sabotajının davam etməsindən xəbər verib.
Yəməndə Ənsarullah Hərəkatının Siyasi Bürosunun üzvü Muhəmməd Əlbəxiti cümə günü Mehr xəbər agentliyi ilə müsahibədə deyib: Ərəbistan Yəmən xalqının qiyamını aradan götürmək üçün bu ölkənin zəiflədilməsi və özünün xas ekspansianist hədəflərinin reallaşması məqsədilə Yəmənə daxil oldu, amma bu hədəfləri reallaşdıra bilməyəcək.
Ənsarullah Hərəkatının Siyasi Bürosunun bu üzvü əlavə edib: Ali-Səud rejimi müzakirələrin davamında maneçilik törətməyə üz tutub ki, təcavüz vasitəsilə öz hədəflərinə çatsın.
Yəməndə Ənsarullah Hərəkatının Siyasi Bürosunun bu üzvünün sözlərinə görə, döyüş və müharibənin dayandırılması, müxtəlif məntəqələrin mühasirəsinə son qoyulması və icra hakimiyyətindəki boşluğu aradan qaldırmaq üstündə razılaşma Ənsarullah-ın Yəmən böhranının həlli yollarındandır.
Ənsarullah Hərəkatının Siyasi Bürosunun bu üzvü həmçinin deyib ki, Yəmənin ordusu və xalq müqavimət qüvvələrinin Ali-Səud rejiminin muzdurları qarşısındakı uğurları davam edir.
Ənsarullah Hərəkatının Siyasi Bürosunun üzvü sonra deyib: Yəmənin sərhədlərində və daxilində müxtəlif cəbhələr təcavüzkarlarla döyüşdədirlər və Yəmənin ordusu və xalq müqavimət qüvvələri Ərəbistan sərhədlərində hərbi nailiyyətlər qazanıblar ki, ballistik raketlərdən istifadə bu nailiyyətlərdən sayılır.