Suriya ordusu Hələb və Laziqiyyənin bəzi hissələrini azad edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i204306-suriya_ordusu_hələb_və_laziqiyyənin_bəzi_hissələrini_azad_edib
Suriya ordusu bu ölkənin müxtəlif məntəqələrində terrorçulara qarşı əməliyyatının davamında Suriyanın şimalı və qərbində Hələb və Laziqiyyə şəhərlərinin bəzi hissələrini terrorçulardan azad edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 15, 2016 15:28 Asia/Baku
  • Suriya ordusu Hələb və Laziqiyyənin bəzi hissələrini azad edib
    Suriya ordusu Hələb və Laziqiyyənin bəzi hissələrini azad edib

Suriya ordusu bu ölkənin müxtəlif məntəqələrində terrorçulara qarşı əməliyyatının davamında Suriyanın şimalı və qərbində Hələb və Laziqiyyə şəhərlərinin bəzi hissələrini terrorçulardan azad edib.

Suriyanın Ələxbariyyə telekanalının məlumatına görə, bu ölkə ordusunun qüvvələri cümə günü Əlsərif kənidini və Hələbin cənubundakı məntəqələrin başqa bir hissəsini öz nəzarətinə alıb və bir qrup terrorçunu məhv ediblər.

Hələb vilayətinin şərqindəki Əynulbiyza məntəqəsinin cənub-şərqində yerləşən Ələbudiyyə kəndi də Suriya ordusunun nəzarətinə keçib.

Suriya ordusu həmçinin Laziqiyyənin şimal-şərqində öz əməliyyatlarının davamı çərçivəsində bəzi məntgələri çoxlu sayda terrorçunu öldürdükdən sonra azad edibdir.

Suriya ordusu bundan öncə terrorçuların işğalında olan məntəqələrdə irəliləyərək, Laziqiyyə vilayətindəki strateji Səlmi şəhərinə daxil olmuşdu.

Suriyanın mərkəzindəki Hums vilayətinin şərqi və cənub-şərqi də Rusiya qüvvələrinin Humsun cənub-şərqindəki Qəritin məntəqəsində İŞİD-in terrorçu ünsürlərinin mövqelərinə və gizləndikləri məkanlara qarşı hava hücumlarının şahidi idi.

Belə bir halda, Suriya ordusunun İdlib şəhərinin cənub-qərbindəki Cəsrulşəğur məntəqəsində Ənnusrə terror qrupunun mövqelərinə qarşı xüsusi əməliyyatında 41-dən çox terrorçu öldürülüb.

Əlaləm telekanalı da bildirib ki, İŞİD terroçularından bir qrupu Suriyanın Diyrəlzur şəhərindəki Əlcəbilə məhəlləsində Suriya ordusunun qüvvələri ilə toqquşmada öldürülüb və ya yaralanıbdır.

Belıə bir halda, Rusiyanın Müdafiə Nazirliyi bildirib ki, bu ölkənin Suriyadakı əməliyyatının başlanmasından bəri 217 qəsəbə və Suriyadakı bir çox ərazi terrorçuların işğalından azad ediibdir.