Yan 15, 2016 19:08 Asia/Baku
  • Bəhreynli müxaliflərə edam və ömürlük həbs hökmünün verilməsi artıb
    Bəhreynli müxaliflərə edam və ömürlük həbs hökmünün verilməsi artıb

Bir neçə beynəlxalq və bəhreynli hüquq mərkəzi ardıcıl olaraq edam hökmü çıxarmasına görə, Ali-Xəlifə rejimini təndiq edibdir.

Beynəlxalq İnsan Haqları Federasiyası bir bəyanatda bildirib ki, Bəhreyn rejimi 2015-ci il dekabrın 31-də bir nəfər barədə edam və 22 nəfər haqda da ömürlük həbs hökmü çıxarıbdır ki, bu 23 nəfərin hökmlərindən on ikisi qiyabi surətdə verilibdir.

Bu beynəlxalq hüquq mərkəzi əlavə edib: Ali-Xəlifə rejimi indiyədək on nəfərin edam hökmünü veribdir ki, bu hökmlər yenidən nəzərdən keçirilməlidir.

Beynəlxalq İnsan Haqları Federasiyası bildirib ki, 2015-ci ildə edam hökmünün verilməsi və bəhreynlilərin vətəndaşlıqlarının ləğvi ötən illərlə müqayisədə daha çox olub və Bəhreynin məhkəmə orqanı müxaliflərin edam hökmünün azaldılmasından imtina etmək və verilmiş hökmlərin yenidən nəzərdən keçirilməsi xahişini qəbul etməməkdə davam edir.

Teqlər