Yəməndə onlarla təcavüzkar öldürülüb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i204639-yəməndə_onlarla_təcavüzkar_öldürülüb
Bazar günü Yəmənin ordusu və xalq komitələri qüvvələrinin raket hücumunda səudiyyə koalisiyasının onlarla təcavüzkarı öldürülüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 18, 2016 06:06 Asia/Baku
  • Yəməndə onlarla təcavüzkar öldürülüb
    Yəməndə onlarla təcavüzkar öldürülüb

Bazar günü Yəmənin ordusu və xalq komitələri qüvvələrinin raket hücumunda səudiyyə koalisiyasının onlarla təcavüzkarı öldürülüb.

IRNA-nın Əlməsirə xəbər portalına istinadlı məlumatına görə, yəmənli qüvvələr Marəb vilayətindəki "Əlbəyrəq" bazasına tərəf bir ədəd "Toçka" tipli ballistik raket atıblar. Nəticədə onlarla təcavüzkar, o sıradan Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri qüvvələri, həmçinin Blak Vater şirkətinin muzdurlarından bir qrupu öldürülüb.

Yəmən ordusunun bir mənbəyi bildirib ki, bu hücumda təcavüzkarların düşərgədə yerləşən əməliyyat otağı, habelə onların bir neçə casusluq təyyarəsi və kəşfiyyat sistemi məhv edilibdir.

Üçüncü dəfədir ki, Yəmənin ordusu və xalq komitələri qüvvələri "Toçka" tipli ballistik raket ataraq, təcavüzkarların və muzdurların Yəməndəki qərargahlarına hücum edirlər.