Səudiyyəli təcavüzkarlar Yəmən paytaxtına hücumlar ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i204837-səudiyyəli_təcavüzkarlar_yəmən_paytaxtına_hücumlar_ediblər
Səudiyyə Ərəbistanının başçılıq etdiyi təcavüzkar koalisiyanın qırıcı bombardmançı təyyarələri Yəmənin Səna və Marib şəhərlərini bombardman ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 20, 2016 09:10 Asia/Baku
  • Səudiyyəli təcavüzkarlar Yəmən paytaxtına hücumlar ediblər
    Səudiyyəli təcavüzkarlar Yəmən paytaxtına hücumlar ediblər

Səudiyyə Ərəbistanının başçılıq etdiyi təcavüzkar koalisiyanın qırıcı bombardmançı təyyarələri Yəmənin Səna və Marib şəhərlərini bombardman ediblər.

Səhər Beynəlxalq Televiziyasının əl-Məsirə telekanalına istinadla verdiyi məlumata görə, bu gün səhər Səudiyyəli təcavüzkar bombardmançı qırıcı təyyarələr Yəmən paytaxtı Sənanın şimalında bir neçə bölgəni bombalayıblar.

Təcavüzkar bombardmançı təyyarələr çərşənbə axşamı gecə də 15 dəfə Marib vilayətinin müxtəlif bölgələri, o cümlədən mağazalar və məktəbləri bombalayıblar. Bu hücumlarda maribin təhlükəsizlik idarəsi, məktəbləri və ticarət mərkəzləri dağılıb.

Ərəbistanın Yəmənə hücumları nəticəsində indiyə qədər minlərlə yəmənli, o cümlədən qadın və uşaqlar həlak olmuş, yaralanmış və on minlərlə nəfər didərgin düşmüş, bu ölkənin infrastrukturlarının 80% xarabalığa çevrilmişdir.