Yan 20, 2016 12:43 Asia/Baku
  • Ərəbistan xarici işlər naziri nüvə anlaşmasına passiv mövqe sərgilədi
    Ərəbistan xarici işlər naziri nüvə anlaşmasına passiv mövqe sərgilədi

Ərəbistan xarici işlər naziri Əhatəli Müştərək Təşəbbüs Proqramının icrasında İranın tarixi uğuru qarşısında passiv mövqe sərgiləyib.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Səudiyyə Ərəbistanı xarici işlər naziri Adil əl-Cübeyr Röytersə verdiyi müsahibədə deyib: Tehranın beynəlxalq qüdrətlərlə nüvə anlaşması nəticəsində İran əleyhinə sanksiyaların ləğv olunması mənfi olaydır.

Ölkəsi müxtəlif terror qruplaşmaları, o cümlədən Suriya və İraqda İŞİD terror qruplaşmasına maliyyə yardımını əsirgəməyən Ərəbistan xarici işlər naziri Adil əl-Cübeyr iddia edib ki, İran ehtimal üzrə azad olunan puldan mənfi fəaliyyətləri təmin etmək üçün istifadə edəcək.

Ərəbistan xarici işlər naziri həmçinin Nyu-York Times qəzetinə yazdığı məqalədə İran əleyhinə öz iddialarını təkrarlayıb və iddia edib ki, Tehran ərəb ölkələrinin daxili məsələlərinə müdaxilə etməyi və terrorizmi dəstəkləməyi davam etdirir.

Bu günlər İranın 5+1 qrupu ilə tarixi nüvə anlaşmasının nəticəyə çatmasından qəzəblənən Ərəbistan mümkün hər bir yolla İranofobiya projesini izləməklə Suriya və Yəməndəki məğlubiyyətlərini ört-basdır etməyə çalışır.

Lakin qarşılığında İran səbirli siyasəti və məntiqli diplomatiyası ilə Ərəbistanın məkrli planlarını zərərsizləşdirib və dünyaya sübut edib ki, Ərəbistan Suriyadakı böhran və de-stabillik, eləcə də İŞİD terror qruplaşmasının genişlənməsinin əsas səbəbkarıdır.

Teqlər