BAT Ankaranı tənqid edib
Beynəlxalq Amnistiya Təşkilatı Türkiyənin kürd sakinli məntəqələrində gücdən həddən artıq istifadə olunması və komendant saatının dayandırılmasını istəyib.
Press TV-nin məlumatına görə, Beynəlxalq Amnistiya Təşkilatı bir bəyanat yayaraq bildirib ki, Türkiyə dövlətinin kürd sakinli məntəqələrdəki əməliyyatları on minlərlə nəfərin həyatını təhlükəyə salıb və bunlar kütləvi cəzalandırmaya bariz nümunələrdir.
Bu bəyanatda sonra deyilir: Ordunun Türkiyənin cənub-şərqindəki əməliyyatı yaşayış massivlərində ağır texnika daxil olmaqla gücdən həddən artıq istifadə ilə yanaşı olubdur.
Beynəlxalq Amnistiya Təşkilatı habelə vurğulayıb: Türkiyədə təhlükəsizlik tədbirləri bu ölkənin insan haqları qanunlarına əsaslanan beynəlxalq öhdəlikləri ilə uyuşmalıdır.
Türkiyənin dövlət qüvvələri ilə PKK qüvvələri arasında döyüşlər iki il yarımlıq atəşkəsdən sonra 2015-ci ilin iyulunda bərpa olundu.
Bu döyüşlərin davam etməsilə Türkiyənin kürdlər yaşayan bəzi məntəqələrində komendant saatı da bərqərar olubdur.