Yan 24, 2016 19:18 Asia/Baku
  • Sionistlərin fələstinlilərə qarşı cinayətləri səngimir
    Sionistlərin fələstinlilərə qarşı cinayətləri səngimir

Sionist qəsəbə sakinləri fələstinlilərə qarşı cinayətlərinin davamında fələstinli məktəbini yandırıblar.

Sionist rejimin ikinci telekanalının məlumatına görə, bir qrup sionist qəsəbə sakini bazar günü səhər tezdən 1948-ci ildə işğal olunmuş ərazilərin şimalındakı Əlcəlil şəhərində yerləşən Tuba fələstnli kəndində bir məktəbi yandırıblar.

Bu məlumata görə, Tuba kəndinin sakinləri tüstünü müşahidə edən kimi, xilasedici qüvvələrin köməyilə yanğını söndürməyə başlayıblar.

Belə bir halda, sionist rejim polisi etiraf edibdir ki, bu yanğın qəsdən törədilibdir.

Digər bir xəbərə əsasən, sionist qəsəbə sakinləri bazar günü Babulməğaribə səmtindən Məsciduləqsaya hücum ediblər. Bu hücum sionist polistin və xüsusi təyinatlı qüvvələrin fitnəsilə törədilib.

Beytulmuqəddəs Ali İslami Komitənin sədri Əkrəmə Səbri şənbə günü Qüdsün yəhudiləşdirilməsi və sionistlər tərəfindən Məsciduləqsanın ətrafındakı qazıntıların davam etməsinə toxunaraq, bildirib ki, İsrail rejiminin Məsciduləqsanı bölmək üzrə planı Qüds intifazəsi sayəsində uğursuz qalıbdır.

Teqlər