Yəmən rəsmiləri terror olunur
https://azeri.sahartv.ir/news/qərbi_asia-i205759-yəmən_rəsmiləri_terror_olunur
Silahlı şəxslər Yəmənin cənubunda əl-Hürrə məntəqəsi təhlükəsizlik rəsmisini terror ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 28, 2016 06:51 Asia/Baku
  • Yəmən rəsmiləri terror olunur
    Yəmən rəsmiləri terror olunur

Silahlı şəxslər Yəmənin cənubunda əl-Hürrə məntəqəsi təhlükəsizlik rəsmisini terror ediblər.

Səhər Beynəlxalq Televiziyasının əl-Məyadin telekanalına istinadlı məlumatına görə, naməlum silahlı şəxslər Yəmənin cənubunda Ədən vilayətinin əl-Hürrə məntəqəsi təhlükəsizlik rəsmisi Əbdünnasir Salimə atəş açaraq onu qətlə yetiriblər.

Başqa bir məlumata görə, Ərəbistan qırıcı təyyarələri İmran vilayətində bir neçə yaşayış massivi və dövlət obyektini bombalayıblar.

Yəmən paytaxtı Sənada da Ərəbistan qırıcıları əl-Nəhdeyn məntəqəsini bir neçə dəfə bombalayıblar.

Yəmən ordusu və xalq qüvvələri Ərəbistanın Əsir vilayətinin əl-Rubuə şəhərinbə bir dövlət binasını raketlə atəşə tutublar.

Yəmən ordusu və xalq qüvvələrinin arsenalı da Ərəbistanın Cənubunda Nəcranın Əlib hərbi bazasının nəzarət mərkəzini hədəfə alıblar.

Bir qrup səudiyyəli hərbçi də Ərəbistanın cənubunda Cizan vilayətinin əl-Xəşəl hərbi bazasına raket hücumunda öldürülüb.

Yəmən qüvvələri həmçinin Cizanda bir elektrik stansiyasını bombalayıblar.