Ərəbistan qırıcıları Sənada İran səfirliyinə yaxın məkana yenidən hücum etdilər
-
Ərəbistan qırıcıları Sənada İran səfirliyinə yaxın məkana yenidən hücum etdilər
Səudiyyə Ərəbistanı rejiminin qırıcı təyyarələri öz təcavüzkarlığının davamında, bir daha İranın Yəmən paytaxtındakı səfirliyinin ətrafına raket ataraq bu səfirliyin binasına xəsarətlər vurub.
Səhər Beynəlxalq Televiziyasının Fars Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, səudiyyə qırıcı təyyarələri çərşənbə günü Sənada İran səfirliyinin ətrafını bir daha hücuma məruz qoyublar. Nəticədə İran səfirliyi binasının divarının bir hissəsinə xəsarət dəyib.
Bu məlumata görə, Səudiyyə qırıcılarının atəş açdığı raketlərin qəlpələrinin bir neçəsi İran səfirliyinin həyətinə düşüb.
Səudiyyə rejimi son vaxtlar Yəməndə İran səfirliyini raketlə hədəfə almışdı. Raketlərin qəlpələrinin dəyməsi nəticəsində səfirliyin binasına xəsarət dəymiş və İran səfirliyini mühafizə qüvvələri də yaralanmışdı.
Bundan öncə də ötən il 20 apreldə səudiyyə raketləri İranın Yəməndəki səfirliyi binasının bir neçə metrliyinə düşmüşdü. Nəticədə səfirliyin binasının pəncərələri qırılmışdı. Lakin İran səfiri və diplomatlarına xəsarət dəyməmişdi.