Ərəbistanın neft istehsalı barədə yeni mövqeyi
Ərəbistan neft qiymətinin tənəzzülünün davam etməsinin qarşısını almaq üçün neft istehsalçıları ilə həmkarlıq etmək istəyib.
Əlaləm telekanalının ərəbistanlı qaynaqlara istinadlı məlumatına görə, Ərriyad, neft bazarının idarə edilməsində həmkarlığa hazırdır, bu şərtlə ki, bütün OPEK istehsalçıları həmkralıq etmiş olsunlar.
Rəy Əl-Yəum qəzeti də ifşa edibdir ki, Ərriyad-ın neft qiyməti barədəki mövqeyinin dəyişməsini elan edən bu ərəbistanlı mənbə, Səudiyyənin neft nazirinin müavini Əbduləziz bin Salmandır.
Əlaləm əlavə edib: Ali-Səud-un bu mövqeyiniin dəyişməsinin səbəbi, Ərəbistanın, səudiyyəlilərin Yəmən və Suriya daxil olmaqla bəzi ölkələrdəki hərbi müdaxilələrindən irəli gələn maliyyə böhranı və kəskin büdcə çatışmazlığıdır.
Ərəbistan hər gün on milyon barreldən çox neft istehsal edir.
İki il bundan öncə neftin beynəlxalq qiyməti 110 dollardan yuxarı idi, amma hazırda təqribən hər barreldə 30 dollara enibdir.