Ərəbistanın Yəmənə qarşı hücumları davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i206392-Ərəbistanın_yəmənə_qarşı_hücumları_davam_edir
Ərəbistan qırıcılarının Yəmənin müxtəlif məntəqələrinə qarşı hücumlarında beş nəfər ölüb, onlarla nəfər də yaralanıbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 02, 2016 09:18 Asia/Baku
  • Ərəbistanın Yəmənə qarşı hücumları davam edir
    Ərəbistanın Yəmənə qarşı hücumları davam edir

Ərəbistan qırıcılarının Yəmənin müxtəlif məntəqələrinə qarşı hücumlarında beş nəfər ölüb, onlarla nəfər də yaralanıbdır.

Əlaləm telekanalının məlumatına görə, Ərəbistanın Yəmənin Səədə vilayətində yerləşən Məran məntəqəsinə qarşı raket hücumunda bir ana və uşaq həlak olub.

Səudiyyə qırıcıları habelə Səədə vilayətində yerləşən Baqəm sərhəd şəhərinin Şəravə məntəqəsini hədəfə alıblar, nəticədə üç nəfər həlak olab, beş nəfər də yaralanıbdır.

Həccə vilayətində də bir məktəbin dağıdılması ilə iyirmi nəfər yaralanıb.

Marəb vilayəti də iyirmi hava hücumuna məruz qalıbdır ki, nəticədə şəhərdəki təsisatlara və evlərə böyük xəsarətlər dəyibdir.

Bu hücumlara cavabda Yəmənin ordusu və xalq qüvvələri Ərəbistanın cənubundakı Cizan məntəqəsində üç səudiyyə hərbçisni öldürülblər.

Bu toqquşmalarda yəmənli qüvvələrin əlinə çoxlu miqdarda silah və sursat keçibdir.

Belə bir halda, Birləşmiş Ərəb Əmirliklərinin Əxbar Əl-Saə xəbər agentliyi yazıb ki, Ərəbistanın Yəmənlə müharibəsi yeddi mindən çox yəmənli kəndlinin digər məntəqələrə köçürülməsinə bais olubdur.

BMT-nin Uşaqları Himayə Fondu Ali-Səudun Yəməndəki militarizminin davam etməsinə toxunaraq, xəbərdarlıq edib ki, Ərəbistanın başçılığı altda olan ərəb koalisiyasının Yəmənə qarşı hücumları bu ölkə uşaqlarını hədələyir. YUNİSEF(UNICEF) əlavə edib: 2015-ci ildə 930-dan yuxarı yəmənli uşaq həyatını itirib.

Yəmən on aydan çoxdur ki, Al-Səudun başçılığı altda olan ərəb koalisiyasının hərtərəfli hücumları hədəfinə çevrilib. 8200 ölü, minlərlə yaralı və milyonlarla didərgin, Ərəbistanın və onun müttəfiqlərinin Yəməndəki militarizmlərinin nəticəsidir.