Sionist hərbçilərin Qəzzədə fələstinli qayıqlara hücumu
Sionist rejim qüvvələri Qəzzədə fələstinli qayıqlara atəş açıblar.
IRNA-nın məlumatına görə, sionist rejimin dəniz qüvvələri bazar ertəsi günü gecə Qəzzə sahillərində fələstinli balıqçıların qayıqlarına atəş açıblar, amma bu atəşaçmalarda tələfat baş verməyib.
Fələstinli balıqçılar təqribən hər gün işğalçı qüvvələrin hücumlarna məruz qalırlar.
Bu elə bir haldadır ki, sionist rejim 2014-cü ildə 2300-dən çox fələstinlinin şəhid olması ilə nəticələnmiş Qəzzəyə qarşı əlli günlük hücumdan sonra bu məntəqədəki fələstinli müqavimət qrupları ilə atəşkəs barədə razılaşma imzalayıbdır.
Belə bir halda, qərb sahilində yerləşən Nablus şəhərində on minlərlə fələstinli bazar ertəsi günü, bazar günü şəhid olmuş fələstinli polis şəhid Əmcəd Səkərinin cənazəsini dəfn ediblər.
Bu fələstinli şəhid Beyt İl yoxlama-buraxılış məntəqəsində sionist qüvvələrə tərəf atəş açaraq, iki nəfərinin vəziyyəti ağır elan olunmuş üç sionist hərbçini yaraladıqdan sonra işğalçı qüvvələrin atəşləri ilə şəhid olubdur.